“Simpsonlar”ın müəllifləri məhkəməyə verilib

“Simpsonlar”ın müəllifləri məhkəməyə verilib
7 avqust 2019
# 10:04

Bəstəkar Alf Klauzen “Simpsonlar” cizgi serialının müəlliflərini məhkəməyə verib.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı “Variety” yayıb.

Bəstəkarın sözlərinə görə, onu işdən yaşına və guya əlilliyinə görə kənarlaşdırıblar. 78 yaşlı bəstəkar bildirib ki, serial müəlliflərinə başqa janrda musiqi lazım olub. Klauzenin vəkilləri hesab edirlər ki, bu, yalan səbəbdir, çünki onun yerinə bu işə daha cavan adam götürülüb.

Qeyd edək ki, Alf Klauzen 1990-cı ildən “Simpsonlar” üçün musiqi yazır və serialın 560-dan çox epizoduna mahnı və aranjemanlar yaradıb. O, 23 dəfə “Emmi” mükafatına namizəd irəli sürülüb.

# 1946 dəfə oxunub

Müəllifin son yazıları

# # #