Notr-Damın bərpasına hər kəs ideya verə bilər

Notr-Damın bərpasına hər kəs ideya verə bilər
6 may 2019
# 11:25

“İdeyalar çoxdur və biz istənilən yaradıcı impulsa açığıq. Hər kəsin ideyasına şad olarıq: istər profesional, istər həvəskar, istərsə də sosial şəbəkə fantaziyaçılarının. İdeyalar dahiyanə də, absurd da ola bilər. Gəlin yaradıcılığa köklənək və memarlıq bayramı düzənləyək”

Bu sözləri Mədəniyyət məsələləri üzrə Avropa Komissarı Tibor Navraçiç söyləyib. O, Fransa hökümətinin Notr-Dam kilsəsinin yeni siması məsələsi üzrə dünyadan bütün təkliflərə nəzər salacaqlarını deyiblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa Hökuməti və Avropa Birliyi ölkələrinin mədəniyyət nazirləri Notr-Dam kilsəsinin bərpası üçün ciddidən absurdadək bütün variantları nəzərdən keçirmək qərarına gəliblər.

Hələlik Nort-Damın necə olacağı barədə heç kim heç nə bilmir. Bəlli olan odur ki, kilsə daha əvvəlki görkəmdə olmayacaq. Artıq kilsənin damı haqda ideyalar görünməkdədir.

Xatırladaq ki, aprelin 15-də Parisin məşhur Notr-Dam kilsəsində yanğın baş verib. Yanğın nəticəsində kilsənin damı və qülləsi, saatlar məhv olub. Yanğını aprelin 16-ı səhər söndürmək mümkün olub. Bundan əvvəl Fransa Hökuməti kilsənin bərpası üçün beynəlxalq müsabiqə keçirəcəklərini bəyan etmişdi.

# 1565 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #