Sevinc Elsevərin itmiş qardaşı tapıldı

<b>Sevinc Elsevərin itmiş qardaşı tapıldı</b>
26 aprel 2019
# 21:50

Yazar Sevinc Elsevərin Dağıstanda, tikintidə işləyən qardaşı İlkin İbrahimov aprel ayının 15-dən bəri itkin düşmüşdü.

Kulis.aza açıqlamasında S.Elsevər bildirdi ki, onun harda olduğu ilə bağlı yaxınları və doğmaları heç bir məlumat bilmirdilər: “Nəhayət ondan xəbər aldıq və buna çox sevindim”.

Qardaşının tapılması üçün Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinə müraciət edən yazarın verdiyi məlumata görə, Komitənin araşdırmasından sonra məlum olub ki, yazarın qardaşı Çeçenistan Respublikasının Qroznı şəhərində təcridxanalardan birində saxlanılır. Sənədləri düzgün olmadığı üçün Çeçenistan Respublikasının hüquq mühafizə orqanları onu saxlamalı olublar.

Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının yardımı ilə İlkin İbrahimovun yeri müəyyən olunub. Onun hazırda Qroznı Miqrasiya idarəsində saxlanıldığı ortaya çıxıb. Hazırda həmyerlimizin sənədlərinin qaydaya salınmasına çalışılır.

# 2532 dəfə oxunub

Müəllifin son yazıları

# # #