Azərbaycanlı futbol hakimi haqda film çəkilir

Azərbaycanlı futbol hakimi haqda film çəkilir
7 mart 2019
# 16:13

ARB ARAN MEDIA şirkətinin “Aranfilm” Yaradıcılıq Mərkəzi tanınmış azərbaycanlı FİFA referisi Eldar Əzimzadə haqqında “Onun məhəbbəti-futbol” adlı sənədli filmin üzərində işləyir.

Kulis.azın məlumatına görə, Eldar Əzimzadə üç dəfə SSRİ-nin ən yaxşı futbol hakimi adına layiq görülmüşdür. Moskvada keçirilən XXII Yay Olimpiya oyunlarına SSRİ-dən təyin olunmuş yeganə baş hakim olmuşdur. Bundan əlavə, yeniyetmələr arasında ilk dünya çempionatına təyinat almışdır. Həmçinin SSRİ çempionatında prinsipial oyunlara hakimlik etmiş və böyük nüfuz qazanmışdır.

Filmdə Eldar Əzimzadə şəxsiyyəti, karyerası haqqında Azərbaycanın görkəmli hakimləri fikirlər səsləndirir, xatirələrini bölüşürlər. “Aranfilm” yaradıcılıq məkəzi bundan öncə əfsanəvi həndbol komandası “Avtomobilçi” haqqında “Bakılı qızlar” və Gəncə futbolunun tarixindən bəhs edən “Kəpəzə gedən yol” idman filmlərini çəkib.

Ssenari müəllifi və rejissor Aydan Əhmədova, operator Rafiq Əliyev, bədii rəhbər Tahir Tahiroviç, icraçı prodüser Qənirə Qurbanlı, prodüser İqbal Məmmədəliyev.

# 2825 dəfə oxunub

Müəllifin son yazıları

# # #