Nəsimi mövzusunda inşa müsabiqəsi elan olundu

Nəsimi mövzusunda inşa müsabiqəsi elan olundu
28 fevral 2019
# 16:39

Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası rayonun 225 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri arasında inşa müsabiqəsi elan edib.

Kitabxanadan bildirilib ki, müsabiqə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunub. Müsabiqənin məqsədi məktəblilərə Nəsimi poeziyasını və ədəbi irsini aşılamaqdır.

Müsabiqənin qalibləri mart ayı ərzində müəyyən edilərək mükafatlandırılacaq. /azertag.az/

# 1836 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #