Adamı güldürən ev - FOTOLAR

Adamı güldürən ev - <span style="color:red;">FOTOLAR
17 iyul 2018
# 12:23

Rəngli və əyləncəli memarlığı ilə Bolqarıstanın paytaxtı Sofyadakı "İlbiz ev" görənlərin diqqətini cəlb edir. Salvador Dalinin rəsmlərini xatırladan bu qeyri-adi evin damında yerləşən kiçik uğur böcəyi və kəpənəklər evin bütövlüyü ilə harmoniya yaradır.

Ev 2008-ci ildə əvvəllər Yaponiya və Fransada qolf meydançaları dizaynı üzərində işləyən bir mütəxəssis tərəfindən satın alınmışdır.

Künc və kənarları olmayan oval formalı tikilinin heç bir hissəsində kərpicdən istifadə olunmayıb. Tikintisi on il davam edən binanın daxili dizaynında isə daha çox antikvar əşyaların düzümünə üstünlük verilir.

Simeonovo bulvarında yerləşən, zahiri görünüşü göy qurşağının rəngləri ilə eynilik təşkil edən "İlbiz ev" hələ ki, turistlər tərəfindən kəşf edilməyən xəzinədir.

Qırmızı, narıncı, yaşıl, mavi və qəhvəyi rənglərlə boyanan evin divarlarında müxtəlif həndəsi fiqurlar əks olunub.

Evin qapıları ümumi mövzuyla uyğunluq təşkil etməsi məqsədilə eynilə bir ilbizin ağzı şəklində rənglənib. Memar evin qapılarını ilbizin ağzı şəkilində dekorasiya edib. Sanki evi ziyarət edən insanlar ilbizin ağzından onun mədəsinə doğru düşürlər. Evin havalandırılması isə ilbizin göz qapaqlarının altında gizlənən sistem sayəsində baş verir.

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

# # #