Mədəniyyət Naziri özünə müşavirlər təyin etdi

Mədəniyyət Naziri özünə müşavirlər təyin etdi
5 iyul 2018
# 11:46

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub.

Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.

# 1251 dəfə oxunub

Müəllifin son yazıları

# # #