Bakıda Mikayıl Müşfiqin anım tədbiri keçirilib

Bakıda Mikayıl Müşfiqin anım tədbiri keçirilib
5 iyun 2018
# 12:45

Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümü münasibətilə şairin Bakıdakı büstünün qarşısında anım tədbiri keçirilib.

APA-nın xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti və Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam oxunub. Bildirilib ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyivə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb, həyata keçirəcək.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, Mikayıl Müşfiq Bakının Yasamal rayonunda anadan olub və ömrünün sonuna kimi bu rayonda yaşayıb.

Tədbir zamanı Cabir Novruz Mədəniyyət Fondu və Xızı rayon ictimaiyyəti adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış müraciət oxunub.

Tədbirin sonunda məktəblilər M. Müşfiqin müəllifi olduğu bir neçə şeiri səsləndiriblər.

Qeyd edək ki, Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olub. M. Müşfiq əslən Xızı rayonundandır. O, 1938-ci ildə repressiya dövründə güllələnib.

Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziyasının incilərindəndir.

# 1146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #