Mahnıları ilə böyüdüyümüz bəstəkar vəfat etdi

Mahnıları ilə böyüdüyümüz bəstəkar vəfat etdi
27 dekabr 2017
# 13:39

Dünən tanınmış sovet və rus bəstəkarı Vladimir Şainski vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bəstəkar 92 yaşında, ad gününə 3 gün qalmış dünyasını dəyişib.

Şainski uşaq mahnıları, cizgi və uşaq filmlərinə yazdığı mahnılarla məşhurlaşıb. Onun sovet dövrünün uşaqlarına tanış olan “Qoluboy vaqon” (Mavi vaqon), “Ulıbka” (Təbəssüm), “Antoşka”, “Krokadil Gena və çeburaşka haqqında” mahnıları indi də çox dinlənilən uşaq mahnıları siyahısındadır.

Həmçinin onun bəstələrini Maya Kristalinskaya, Lyudmila Zıkina, Anna German, İosif Kabzon, Alla Puqaçova, Lev Leşşenko kimi ifaçılar oxuyublar.

Bəstəkarın 2000-ci illərədək Moskvada, daha sonra İsrail və ABŞ-da yaşadığı bildirilir.

# 1238 dəfə oxunub

Müəllifin son yazıları

# # #