Bir necə saat öncə xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bu gün Türkiyədə əməliyyat olunub.
Yenicag.az-a açıqlama verən xalq artisti norkozdan indi ayıldığını deyib:
“Bu gün bir əməliyyat keçirtdim. Narkozdan indi ayılmışam, heç bilmirəm necəyəm. Həkimlərin dediyinə görə, əməliyyat ağır olmayib. Bağırsağımda hansı proseslərin getdiyini dəqiqləşdiriblər. Sabah isə ikinci dəfə əməliyyat olunacam. Bağırsağımın bir hissəsi kəsilməlidir. Həkimlərin dediyinə görə, ağır əməliyyat sayilır. Bilmirəm əməliyyatdan necə çıxacağam, ümid Allahadır”.
- Violin ifaçılığı ixtisası üzrə ustad dərsi keçirildi
- Seyran Səxavətin 70 illik yubileyi qeyd ediləcək
- Film müsabiqəsinin nəticəsi açıqlandı
Xatırladaq ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, iyunun sonunda Türkiyədə bağırsağından da əməliyyat olunub.