“Azərkitab” beynəlxalq layihələrə imza atır

“Azərkitab” beynəlxalq layihələrə imza atır
6 avqust 2017
# 11:54

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində qurum ilə dünya şöhrətli yazıçı, detektiv janrının ustası, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev arasında müəllif lisenziya müqaviləsi imzalanıb.

“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, bu müqaviləyə əsasən “Azərkitab” Çingiz Abdullayevin 3 kitabını, 2 yeni – “Torjestvo xama”, “Yujnaya rapsodiya”, həmçinin ona şöhrət gətirən “Qolubıye anqelı” əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin edəcək. Bu razılaşma “Azərkitab”ın müəllifin kitablarının təqdimatlarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.

Qeyd edək ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi gələcəkdə də Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onları dünya ölkələrində təbliğ etmək niyyətindədir./azertac/

# 1211 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #