Sabah Kənan Hacı və Müşfiq Xanın imza günüdür

Sabah Kənan Hacı və Müşfiq Xanın imza günüdür
1 may 2015
# 12:24

2 May, saat 16-00-da Kitabevim.az-da yazar Kənan Hacının “Uzaqdasan soyuqdur” adlı kitabının imza günü keçiriləcək. Kulisin məlumatına görə kitaba müəllifin son illərdə yazılmış şeirləri daxildir.

“Uzaqdasan soyuqdur” Kənan Hacının sayca 8-ci, şeirlərdən ibarət isə 2-ci kitabıdır. "Özündən qaçmaq olmur” ilk şeir kitabı 2009-cu ildə çap olunub.

Eyni gündə, həmin məkanda, eyni saatda detektiv janrda qələmə aldığı romanları ilə tanınan Müşfiq Xanın “O2” şeirlər kitabının da imza günü keçiriləcək. Xatırladaq ki, “O2” müəllifin sayca 9-cu, “O” (2012) adlı şeir, pritça və esselər toplusundan sonra ikinci şeir kitabıdır.

# 1276 dəfə oxunub

Müəllifin son yazıları

# # #