Mirzə Cəlilin 150 illiyi Tbilisidə keçirilib

Mirzə Cəlilin 150 illiyi Tbilisidə keçirilib
24 oktyabr 2019
# 16:14

Tbilisidə görkəmli Azərbaycan dramaturqu, yazıçı, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə konfrans keçirilib.

APA-nın yeri bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Diasporla İş üzrə dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin Tbilisidə yerləşən büstünü ziyarət ediblər. Daha sonra C. Məmmədquluzadənin Tbilisidəki ev muzeyini ziyarət edilib. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov muzeyin şəraiti ilə tanış olub.

Sonra Gürcüstanın Milli Parlament Kitabxanasında C. Məmmədquluzadənin həyat və yaradıcılığına həsr edilmiş konfrans keçirilib.

Qeyd edək ki, yubiley tədbirləri çərçivəsində bu gün A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunacaq.

# 1649 dəfə oxunub

Müəllifin son yazıları

# # #