Qarabağ veteranı olan aktyorumuz vəfat etdi

Qarabağ veteranı olan aktyorumuz vəfat etdi
8 oktyabr 2019
# 11:06

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru vəfat edib.

Kulis.az-ın aktyorun həmkarlarına istinadən verdiyi xəbərə görə, 65 yaşlı Aleksey Saprıkin bir neçə gün öncə reanimasiyaya yerləşdirilib və bu gün vəfat edib.

Saprıkin həm də yazıçı və Qarabağ döyüşlərin veteranı idi.

Aleksey Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 1991-ci ildən Bakı Kamera Teatrında, 2002-2008-ci illərdə - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor çalışıb. 2008-ci ildən - Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru idi.

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının oynadığı son tamaşaları arasında "Sənətkarın taleyi", "Payız sonatası", "Və yağış yağır və içini tökür", "Meme", "Peterburq işçisi", "Qürur və qərəz" tamaşaları var.

Saprıkin həmçinin "Cavad xan", "Biz qayıdacağıq", "Qafqaz", "Cavidin həyatı", "Qraf Krestovski " və digər filmlərdə rol alıb.

# 1963 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #