DokuBaku festivalının qalibləri elan olundu

DokuBaku festivalının qalibləri elan olundu
7 oktyabr 2019
# 11:26

2017-ci ildə təsis olunan, artıq üçüncü dəfədir keçirilən və Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) başa çatıb.

Kuılis.az-ın aki.az-a istinadən verdiyi xəbərə görə, oktyabrın6-da baş tutan bağlanış mərasimində festivalın qalibləri élan olunub.

“Ən yaxşı qısa sənədli film” nominasiyasında “Aralıqda” (rejissor Samir Karahoda), “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Anamın yox oluşu”(ssenari müəllifi və rejissoru Benyamino Barrezi)”, “Ən yaxşı yerli, qısa sənədli film” nominasiyasında “Bir dəfə Şanxayda”(rejissor Leyli Qafarova), Münsiflər heyətinin fəxri mükafatı ilə isə “Salaamı xilas edin” (rejissor Orxan Adıgözəlov) mükafatlandırılıb.

İlk dəfə tamaşaçı rəyi üzrə də qalib elan edilən “Ümidin dadl” (rejissor Laura Coppens) filmi isə çox saylı tamaşaçıların marağına səbəb olub.

Xatırladaq ki, İmam Həsənov və Veronika Yanatkova tərəfindən yaradılan festival dünyanın bir çox ölkələrində istehsal olunan ən yaxşı sənədli filmləri tamaşaçılara nümayiş etdirmək üçün Bakıya gətirir. Festival çərçivəsində qısa, eyni zamanda tammetrajlı sənədli filmlər nümayiş olunub. Bu il festivala 32 ölkədən 181 film qəbul olunub. Filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. Bundan başqa, bu il ilk dəfə olaraq, Almaniya “qonaq ölkə” kimi festivalda iştirak edib.

# 2125 dəfə oxunub

Müəllifin son yazıları

# # #