Amerikalı ssenari yazarı Kreyq Mezin rejissorların “Çernobıl” serialının yekun versiyasından vacib bir səhnəni kəsdiklərini söyləyib.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, istehsalçılar bunu xronometrajdan kənara çıxdığı üçün ediblər Kəsilən səhnədə partiya məsulu qadını inandırır ki Çernobıl AES-dəki qəzadan sonra “heç bir problem yaranmayıb”. Bundan sonra o, məmurları mayın 1-də Minskdə keçiriləcək havanın çirklənməsinə həsr olunmuş paradı ləğv etməyə razı salmağa çalışır. Sonrakı səhnədə isə özü mitinqdə iştirak edir.
Mezin qeyd edib ki, “Çernobıl”dan çıxarılan bu epizodlar tamamilə həqiqətəuyğundur və baş verib.
Xatırladaq ki, HBO kanalının istehsalı olan “Çernobıl” serialının premyerası 6 mayda keçirilib. Serial 1986-cı ildə Çernobıl AES-də baş verən qəzaya həsr olunub. Serial böyük reytinq qazanıb.