“Cavad xan” filmi Varşavada nümayiş olunacaq

“Cavad xan” filmi Varşavada nümayiş olunacaq
27 may 2019
# 09:52

Mayın 30-da Polşanın paytaxtı Varşavada Azərbaycan istehsallı “Cavad xan” filmi nümayiş olunacaq.

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə “Centrum Promocji Kultury”da keçiriləcək nümayiş Azərbaycan film festivalı çərçivəsində baş tutacaq.

Rejissoru Rövşən Almuradlı olan filmdə XIX əsrin əvvəllərində Rusiya imperiyası qoşunlarının Gəncə xanlığına qarşı hücumundan, Cavad xanın onlarla mübarizəsindən və ölümündən bəhs edilir. /azertag.az/

# 2742 dəfə oxunub

Müəllifin son yazıları

# # #