İçərişəhərdəki muzeylərə giriş pulsuz olacaq

İçərişəhərdəki muzeylərə giriş pulsuz olacaq
14 may 2019
# 17:58

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “Açıq qapı” günü elan edir.

ONA-nın məlumatına görə, “Açıq qapı” günü İçərişəhərdə yerləşən muzeylər ödənişsiz fəaliyyət göstərəcək.

"Açıq qapı" çərçivəsində ziyarətçilər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” DTEQ ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə tanış ola biləcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

# 2190 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #