"Mexaniki portağal" filminin sikveli tapılıb

"Mexaniki portağal" filminin sikveli tapılıb
26 aprel 2019
# 14:13

Stenli Kubrikin “Mexaniki portağal” filminin sikveli tapılıb.

Kulis.az-ın rus saytlarına istinadən verdiyi xəbərə görə, rejissor Stenli Kubrik tərəfindən 1971-ci ildə ekranlaşdırılan və böyük səs-küyə səbəb olan "Mexaniki vəziyyət" romanının ardı tapılıb.

Yazıçı Entoni Borcesin İtaliyadakı evində əlyazmaların arasından tapılan hissə iki yüz səhifədən ibarətdir və daha çox fəlsəfi, avtobioqrafiq mahiyyətə malikdir.

Romanda "Mexaniki portağal" filmi ətrafındakı mübahisələrdən və filmin adının yaranma tarixindən də bəhs edilir. Onun yazdığına görə, bu qeyri-adi adı 1945-ci ildə, müharibədən qayıdandan sonra pabdakı qocanın dilindən eşidib. Qoca kiminsə haqqında “O, əsl dəlidir, lap mexaniki portağal kimi” deyirmiş. Söz Bercesin yadında qalıb və o, bu, qeyri adi sözü istifadə etmək üçün Berces 20 il gözləyib.

# 3030 dəfə oxunub

Müəllifin son yazıları

# # #