Fransa prezidenti Mişel Uelbekə orden verdi

Fransa prezidenti Mişel Uelbekə orden verdi
19 aprel 2019
# 13:15

Fransa prezidenti Emmanuel Makron yazıçı Mişel Uelbekə ölkənin ən yüksək təltiflərindən olan Fəxri legion ordenini təqdim edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, mükafatlandırma mərasimi Makronun iqamətgahında baş tutub.

Tədbirdə Uelbekin həyat yoldaşı, dostları, yazıçı Frederik Beqbeder və eks prezident Nikola Sarkozi iştirak edib.

Makron Uelbekin "getdikcə daha çox materiallaşan dünyada romantikliyini saxlayan romanlarının gələcəyin yaxşı olacağına ümidlə dolu olduğunu" qeyd edib.

Mişel Uelbek 1994-cü ildə “Döyüş məkanının böyüdülməsi” romanı ilə məşhurlaşır. Növbəti romanı “Elementar hissəciklər isə təsisçi və sponsor Mişel Denneinin narazılığına baxmayaraq jüri tərəfindən “Noyabr” mükafatına layiq görülüb. 2010-cu ildə çap etdirdiyi “Ərazi xəritəsi” isə Fransanın ən nüfuzlu ədəbiyyat mükafatına – Qonkur mükafatına layiq görülüb.

# 2222 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #