Prezident xalq artistinə mənzil hədiyyə etdi

Prezident xalq artistinə mənzil hədiyyə etdi
16 mart 2019
# 16:05

Prezident İlham Əliyev xalq artisti Əjdər Həmidova 3 otaqlı mənzil hədiyyə edib.

Bu barədə ONA-ya xalq artisti Əjdər Həmidov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyev bayramqabağı imzaladığı bütün fərman və sərəncamlarla sənət adamlarını sevindirib.

“Cənab Prezident şəxsən mənə Bakı şəhərinin 9-cu mikrorayon ərazisində 3 otaqlı mənzil hədiyyə edib. Buna görə də cənab Prezidentə sənət adamları və öz adımdan təşəkkürümü bildirirəm. Ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın bayramını təbrik edirəm” - deyə Xalq artisti bildirib.

# 2262 dəfə oxunub

Müəllifin son yazıları

# # #