Məşhur aktyorlarla bağlı məhkəmə qərar verdi

Məşhur aktyorlarla bağlı məhkəmə qərar verdi
8 yanvar 2018
# 13:03

Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə, Ramiz Məlikin isə Məleykə Əsədovaya qarşı iddiası üzrə məhkəmə iclası davam edir.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, hər iki tərəfin iddiası məhkəmə tərəfindən təmin edilməyib.

Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

R. Məlik də ona qarşı iddia ərizəsi verərək 300 min manat təzminat tələb edib.

# 1412 dəfə oxunub

Müəllifin son yazıları

# # #