Bakıda keçirilən Kino Festival başa çatıb

Bakıda keçirilən Kino Festival başa çatıb
6 sentyabr 2019
# 18:21

“Nərimanfilm” kinostudiyası, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi və “Pasha Holding” MMC və bir sıra təşkilatların sponsorluğu ilə keçirilən “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı başa çatıb.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “CinemaPlus Amburan Mall”da festivalın bağlanış mərasimdə mədəniyyət və incəsənət xadimləri, gənclər təşkilatlarının və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.

Tədbirdə festivalın xarici ölkələrdən olan iştirakçılarına fəxri diplomlar təqdim edilib və musiqili-əyləncəli proqram təşkil olunub.

Qeyd edək ki, festivalda 11 ölkədən 300-ə qədər 13-17 yaşlı yeniyetmə və gənc iştirak edib. Festival gedişində iştirakçılar dünya kinematoqrafiyası nümunələrinə baxaraq müzakirələr aparıb və münsif kimi səs verərək qalibləri müəyyənləşdiriblər. Tədbir çərçivəsində film nümayişləri ilə yanaşı, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar da həyata keçirilib.

# 2398 dəfə oxunub

Müəllifin son yazıları

# # #