Bakıda Beynəlxalq Kitab sərgi-yarmarkası keçirilir

Bakıda Beynəlxalq Kitab sərgi-yarmarkası keçirilir
16 avqust 2019
# 11:18

2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Bu barədə kulis.az-a tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən xəbər veriblər.

İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.

Qeydiyyat davam edir. VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 19 avqust 2019-cu il, ərizə-müqavilə isə 31 avqust 2019-cu il tarixinədək təqdim edilməlidir ([email protected]).

# 2108 dəfə oxunub

Müəllifin son yazıları

# # #