Nobel mükafatçısı Toni Morrison vəfat etdi

Nobel mükafatçısı Toni Morrison vəfat etdi
6 avqust 2019
# 20:12

Amerikanın Nobel mükafatı almış yazıçısı Toni Morrison 88 yaşında dünyasını dəyişib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Morrison "Afro-Amerikan" ədəbiyyatının tanınması və inkişafında önəmli rol oynayıb. Yazıçının 1983-cü ildə çap olunmuş "Sevimli qadın" romanı 1988-ci ildəPulitser mükafatına, 1993-cü ildə isəNobel mükafatınalayiq görülüb.

Köləlik mövzusuna qayıdaraq, yazıçı analıq hisslərinə onun məhvedici təsirini göstərir. ƏhvalatOhayoştatında,ABŞ Vətəndaş müharibəsindənsonra baş verir. Süjetin kökündə qızını öldürməyi onu köləliyə verməkdən üstün tutan zənci qadının əhvalatı dayanır. Bu kitab Morrisonun ən yaxşı əsəri kimi qəbul edildi və onun ilk bestselleri oldu. Yazıçının "Caz" romanı (1992), Harvard universitetində oxuduğu mühazirələr əsasında yazılmış "Qaranlıqda oyun", “Ağ rəng və ədəbi təsəvvür" (1992), sayca yeddinci romanı olan "Cənnət" (1998) və "Böyük qutu" (2000), "Pis adamların kitabı" (2001) əsərlərini qeyd etmək olar.

# 1987 dəfə oxunub

Müəllifin son yazıları

# # #