Gənc rəssamın performansı təqdim olunacaq

Gənc rəssamın performansı təqdim olunacaq
29 iyul 2019
# 18:41

Avqustun 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Şahnaz Ağayevanın “Anam məni ana böyüdür” adlı performansını təqdim edəcək.

Bu performans Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” fərdi sərgisi çərçivəsində keçiriləcək.

Qadınlar bir nəsildən digərinə genealoji məlumatları ötürürlər. Amma, qadının ailədə fərdi davranışı qətiyyən bəyənilmir və aqressiya ilə müşayiət olunan müqavimət hallarına səbəb olur.

Gənc nəsil, uzun illər bundan başlayan absurd komediyanı davam etdirməyə məcbur olurlar. Təqdim edilən performansın konsepsiyası, gələcək nəsillərdən bu “sərsəmliyi”, yəni, “möhürlənmiş” davranışı tələb etməyi davam etdirən obrazlarla birgə, alleqorik şəkildə nümayiş etdirməyə çalışır. /azertag.az/

# 1480 dəfə oxunub

Müəllifin son yazıları

# # #