Murad Köhnəqala: “Evim Yeni Yasamaldadır”

Murad Köhnəqala: “Evim Yeni Yasamaldadır”
23 iyul 2019
# 21:09

Prezident tərəfindən ev hədiyyə edilən yazar Murad Köhnəqalaya təəssüratını Kulis.azla bölüşüb:

“Dünən, Milli Mətbuat Günü, məhz ev kirayəsi verdiyim an Bakı şəhər İcra Hakimiyyətindən zəng gəldi, dedilər, Prezidentə ünvanlanan məktubu dəyərləndiriblər və sənə mənzil vermək istəyirlər. Çox sevindim. Bu gün də çağırdılar, getdim, evin yerini göstərdilər. Yeni Yasamalda, Bünyadzadə küçəsində on üçüncü mərtəbədə iki otaqlı evdir. Ancaq ev yaşayış üçün iki-üç aya hazır olacaq. Təmirli, hazır vəziyyətdə deyil.”

Sözünün sonunda o, bir daha ölkə başçısına minnətdarlığını bildirib:

“Mən çox sevinirəm ki, cənab Prezident mənzil problemimlə bağlı müraciət edən insanların jestini yüksək qiymətləndirdi və mənə mənzil verdi. Mən həm ailəm adından, həm öz adımdan Prezidentə təşəkkürümü bildirir, ona can sağlığı, işlərində uğurlar arzulayıram.”

# 2537 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #