Orxan Pamuk kitab haqda yeni muzey açacaq

Orxan Pamuk kitab haqda yeni muzey açacaq
29 may 2019
# 10:15

Ədəbiyyat üzrə Nobel mükafatçısı Orxan Pamuk İstanbulda Anna Karenina muzeyi yaratmağı planlaşdırır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, o, muzeydə Lev Tolstoyun qəhrəmanının yaşadığı gerçəkliyi, 19-cu əsrin 70-ci illərini əhatə edən mühiti təsvir edən predmetlər nümayiş olunacağını söyləyib. Bunların arasında o dövrün qadın geyimləri ola bilər.

“Anna Karenina muzeyini açmağı çox istəyirəm. Mənim “Məsumiyyət muzeyi” romanım başdan roman əsasında muzey yaratmaq fikrilə yazılıb. Amma “Anna Karenina” roman kimi yazılıb və Tolstoy bu haqda düşünməyib” – deyə türk yazıçısı qeyd edib.

# 2119 dəfə oxunub

Müəllifin son yazıları

# # #