Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək

Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
27 may 2019
# 16:24

Mayın 29-da saat 19-da Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar” layihəsi çərçivəsində Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirəcək.

Kulis.azın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikası Prezidentinin görkəmli xanəndənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı 4 fevral 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar təşkil olunur. Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın dəstəyi ilə reallaşacaq yubiley gecəsində Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açılacaq, muğam ustadları sənətkarla bağlı xatirələrini bölüşəcəklər. Tədbirdə həmçinin tanınmış xanəndələrin ifasında muğam dəstgahları səsləndiriləcək.

Konsertə giriş sərbəstdir.

# 1491 dəfə oxunub

Müəllifin son yazıları

# # #