Azərbaycan və Türkiyə komikləri bir filmdə

Azərbaycan və Türkiyə komikləri bir filmdə
21 may 2019
# 11:47

Azərbaycanın və Türkiyənin komediya aktyorları birgə filmə çəkilir.

Filmin yaradıcı heyətindən kulis.az-a verilən xəbərə görə, “Hərəkət səkkiz” adlandırılan kinolayihədə Pərvin Abıyeva, İslam Mehrəliyev və Elcan Rəsulov və Türkiyənin məşhur komediya aktyoru Ali Sunal iştirak edəcəklər.

Komediyanın fabulasında rus mafiya lideri Zolkanın niyyəti dayanır. Bir tərəfdə onlara qarşı əməliyyat da başlayır. Qəhrəmanlarsa bütün bunlardan xəbərsiz hadisələrin içinə düşürlər.

Ali Yongançıioğlunun rejissorluğu ilə baş tutacaq filmi DADA Vision ekranlara çıxaracaq. Filmin Azərbaycan tərəfdaşı “Aranfilm” yaradıcılıq mərkəzidir.

Prodüseri Levent Cengizhan olan filmin ssenarisi isə Ayberk Çınara aiddir.

Yeni kino mövsümünün açılış filmi olan “Hərəkət səkkiz” 3 oktyabrda 12 ölkədə vizyona çıxarılacaq.

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #