Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək
20 may 2019
# 14:49

Mayın 23-də saat 14-də Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən qeyd olunacaq.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Memarlıq və İncəsənət İnstitutunun alimləri, Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru, (həmçinin nəvəsi) Qəmər Bağırova, Bakı şəhər xatirə muzeylərinin, Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin və Abdulla Şaiq adına kitabxananın əməkdaşları, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.

Bədii hissəsində ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim ediləcək, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirlə bağlı slayd-şou nümayiş ediləcək.

Tədbirin keçirilməsində əsas məqsəd Cəfər Cabbarlının əziz xatirəsini bir daha yad etmək, zəngin yaradıcılığını təbliğ etməkdən ibarətdir.

# 1773 dəfə oxunub

Müəllifin son yazıları

# # #