Ölənlərin facebook profilinin aqibəti necə olacaq? - Mütəxəssis Rəyi

Ölənlərin facebook profilinin aqibəti necə olacaq? - Mütəxəssis Rəyi
30 aprel 2019
# 14:40

2100-cü ildə Facebook sosial şəbəkəsində sahibi ölmüş profillərin sayı 4,9 milyard ola bilər. 2070-ci ildə isə ölənlərin profiləri dirilərinkindən dəfələrlə çox olacaq. Ən əsası təsisçilər ölənlərin profililəri, oradakı məlumatlarla nə etmək lazım olduğunu hələ həll etməyiblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Oxford Universitetinin alimlərinin apardığı hesablamalardan belə qənaətə gəliblər. Bu hesablamalara görə, 2100-cü ilədək 1,4 milyard profilin sahibi dünyasını dəyişəcək.

Lakin bu rəqəm yalnız hazırda mövcud profillərlə bağlıdır. Əgər Facebook yeni profillərin açılmasına dəstək verərsə, yəni facebooka yeni istifadəçilər bu templə qoşularsa bu say dəfələrlə artaraq 4,9 milyard olacaq. Bütün hallarda profillərin əksəriyyəti qeyri qərb ölkələrin vətəndaşlarına aid olacaq.

“Məsələnin çətin tərəfi sahibi ölmüş profillərdə məlumatın işlənməsidir. Bu profillərin saxlanması kommersiya baxımdan yanaşma etik və siyasi riskli ola bilər.” – deyə araşdırmaçılar qeyd ediblər.

# 2232 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #