Ceniffer Lopez xəyanət filmində rol alacaq

Ceniffer Lopez xəyanət filmində rol alacaq
23 aprel 2019
# 10:11

Ceniffer Lopez yeni filmdə çəkiləcək.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Amerika aktrisası Ouen Uilsonla birlikdə “Məni evləndirin” adlı romantik komediya filmində rol alacaq.

Ceniffer toya az qalmış nişanlısının onun köməkçisi ilə xəyanət etdiyini öyrənən pop-müğənnini canlandıracaq. O, bundan sonra qarşılaşdığı təsadüfü kişi ilə evlənəcək.

# 2025 dəfə oxunub

Müəllifin son yazıları

# # #