#

Məşhur Azərbaycan mahnısının müəllifi xəstəxanaya yerləşdirilib

Məşhur Azərbaycan mahnısının müəllifi xəstəxanaya yerləşdirilib
9 aprel 2019
# 11:53

Şair Dəmir Gədəbəylinin səhhətində problem yaranıb.

Bu barədə ONA-ya şairin həyat yoldaşı Rüxsarə Novruzova məlumat verib. O bildirib ki, Dəmir Gədəbəyli dünən insult keçirib və xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, bu il martın 27-də D. Gədəbəylinin 80 yaşı tamam olub.

Xatırladaq ki, bəstəkar Elza İbrahimovanın bir çox mahnılarının, o cümlədən "Sən yadıma düşəndə" mahnısının sözlərinin müəllifi Dəmir Gədəbəylidir.

# 2489 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #