Anar tanınmış tənqidçini sərt tənqid edib

Anar tanınmış tənqidçini sərt tənqid edib
27 fevral 2019
# 16:16

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev AMEA-nın müxbir üzvü, tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğlunu sərt tənqid edib.

Kulis.azın verdiyi xəbərə görə, Xalq yazıçısı Elçinin AYB-nin Natəvan klubunda bu gün keçirilən görüşünün aparıcısı Anar müəllim tədbirin sonunda cibindən çıxardığı qeydlərdən konkret misallar çəkərək T.Əlişanoğlunun yazılarının dilindən və məntiqi anlaşılmazlığından gileylənib.

Onun iradları auditoriyada gülüş dalğası yaradıb.

Tədbirdə iştirak edən tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğlu yazıçının iradlarının qarşılığında heç nə söyləməyib.

# 1929 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #