“Yeddi samuray”ın 100 yaşlı ssenaristi dünyasını dəyişdi

<b>“Yeddi samuray”ın 100 yaşlı ssenaristi dünyasını dəyişdi</b>
20 iyul 2018
# 14:50

Məşhur yapon ssenaristi Sinobu Xasimoto 100 yaşında Tokiodakı evində vəfat edib

Kulis.az rus saytlarına istinadən xəbər veriri ki, soyuqdəymədən dünyasını dəyişən ssenarist böyük rejissor Akira Kurosavanın əfsanəvi “Yeddi samuray”, “Raşemon” filmlərinin ssenarisini yazıb.

Xasimoto bütün həyatı boyunca 70 ssenarinin müəllifi olub.

O, həmçinin 1959-cu ildə “Mən molyuska olmaq istəyirəm” filmini ekranlaşdırıb.

Sinobu Xasimoto ömrünün son illərini insult xəstəliyindən əziyyət çəkirdi.

# 1747 dəfə oxunub

Müəllifin son yazıları

# # #