Opera və Balet Teatrı "Jizel"i göstərəcək

Opera və Balet Teatrı "Jizel"i göstərəcək
17 may 2018
# 16:36

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin “Jizel” baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən xəbərə görə, iyunun 16-da təqdim olunacaq tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər. Qeyd edək ki, qraf Albert rolunun ifaçısı D.Soares Braziliya balet məktəbinin yetirməsidir.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.

Tamaşanı Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev idarə edəcək.

# 1043 dəfə oxunub

Müəllifin son yazıları

# # #