Azərbaycanlı rəssam Fransa televiziyasında

Azərbaycanlı rəssam Fransa televiziyasında
2 aprel 2018
# 09:46

Fransanın “France3” telekanalında “Portret: istedadlı gənc rəssam Məryəm Ələkbərli” adlı reportaj yayımlanıb.

Reportajda Məryəm Ələkbərlinin həyat və yaradıcılığından danışılıb. Gənc rəssamın Fransada təşkil edilmiş vernisajları, sərgiləri, eləcə də festivallarda iştirakı haqqında ətraflı məlumat verilib. İncəsənət tənqidçiləri, kuratorlar gənc rəssam Məryəmin əsərləri haqqında fikirlərini bölüşüblər.

“Havre Dimanche” jurnalında dərc olunmuş “Dovil : beynəlxalq istedadları tanımaq üçün ilk “Art Shopping” festivalı” sərlövhəli məqalədə gənc rəssam Məryəm Ələkbərli haqqında məlumat verilib, dünyanın müxtəlif ölkələrində vernisajlarının və sərgilərinin təşkil edildiyi diqqətə çatdırılıb./azertag.az/

# 1475 dəfə oxunub

Müəllifin son yazıları

# # #