Romanda yandırılan monastr həqiqətən yandı

Romanda yandırılan monastr həqiqətən yandı
25 yanvar 2018
# 10:23

İtaliyada yerləşən San-Mikele abbatlığının damı yanıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu, yazıçı Umberto Ekonu “Gülün adı” əsərini yazmağa ilhamlandıran monastrdır.

Hadisə qısaqapanma nəticəsində baş verib. Binada rekonstruksiya işləri aparılırmış.

Yanğın nəticəsində xəsarət alanlar olmayıb.

Umberto Eko 84 yaşında vəfat edib. 1980-ci ildə işıq üzü görən “Gülün adı” romanı yazıçıya dünya şöhrəti gətirmişdi.

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

# # #