“Türkmənşəli sözlər lüğəti” çap olunub

“Türkmənşəli sözlər lüğəti”  çap olunub
4 yanvar 2018
# 16:31

“Türkmənşəli sözlər lüğəti” kitabı çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, İsmayıl Məmmədli, Ənvər Abbasov və Hüseyn Mirzəyevin müəllifi olduğu kitab “Afpoliqraf” mətbəəsində işıq üzü görüb.

“Türkmənşəli sözlər lüğəti” Azərbaycan dilində işlənən milli leksikanı özündə əks etdirən ilk sorğu lüğətidir. Lüğətdə 44 minə yaxın türkmənşəli söz toplanılıb.

Lüğətin hazırlanmasında Azərbaycan dilinin orfoqrafiya normalarına, habelə bir sıra digər linqivistik və ensiklopedik lüğətlərə istinad edilib.

Lüğət eyni zamanda orta məktəbin tədris prosesi üçün də nəzərdə tutulub. Kitabın müəlliflərindən biri Hüseyn Mirzəyevin kulis.az-a verdiyi açıqlamaya görə,

kitab yalnız mütəxəssislər üçün deyil, həm də Azərbaycan dilindən istifadə edən hər bir kəs üçün maraqlı və gərəkli mənbə olacaqdır.

# 1341 dəfə oxunub

Müəllifin son yazıları

# # #