Afaq Məsud Rusiyada akademiya üzvü seçildi

Afaq Məsud Rusiyada akademiya üzvü seçildi
3 iyun 2015
# 16:29

Əməkdar İncəsənət xadimi, yazıçı Afaq Məsud Rusiyanın nüfuzlu akademiyası – PESA-nın («Petrovskaya Akademiya Nauk i İskusstva») akademiki seçilib. Kulisin məlumatına görə o, bu ada Rusiya-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsi, ədəbiyyatların qarşılıqlı təbliği və tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb.

PESA öz sıralarında elm, mədəniyyət və ədəbiyyat sahəsində böyük nailiyyətlər qazanmış bir çox ictimai və dövlət xadimlərini birləşdirir. Bunlardan N.Qumilyov, V.Rasputin, V.Belov, T.Doronina və bir çox başqalarını misal çəkmək olar.

Yazıçı Afaq Məsud Pyotr Akademiyasının üzvü seçilmiş ilk azərbaycanlıdır.

# 1173 dəfə oxunub

Müəllifin son yazıları

# # #