Azərbaycanlı dirijor haqda film çəkilir

Azərbaycanlı dirijor haqda film çəkilir
19 sentyabr 2019
# 17:20

ARB “Aranfilm” yaradıcılıq mərkəzi tanınmış dirijor Cavanşir Cəfərov haqqında sənədli filmin çəkilişlərinə başlayıb.

Kulis.az-ın verdiyi xəbərə görə, filmin ssenari müəllifi və rejissoru Babaək Abbaszadə, operatoru Anar Seyidov, direktoru Qənirə Qurbanlı, məsləhətçi Əziz Qarayusifli, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Cananşir Səfərov 1977-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasının “Xor-dirijorluğu” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xormeyster kimi başlamış, 1980-ci ildə Azərbaycan Xor Kapellasının bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.1985-ci ildə Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrına dirijor və az sonra baş dirijor vəzifəsinə təyin edilib. Bakı Musiqi Akademiyasının professoru, Xalq artistidir.

# 4750 dəfə oxunub

Müəllifin son yazıları

# # #