"Pole Çudes"in aparıcısı əlil arabasında

"Pole Çudes"in aparıcısı əlil arabasında
13 sentyabr 2019
# 10:19

Rusiya kanalının məşhur “Pole Çudes” teleşousunun aparıcısı Leonid Yakuboviç yay məzuniyyətindən əlil arabasında qayıdıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aparıcı həyat yoldaşı ilə Çernoqoriyada istirahət edərkən hovuzda dizini zədələyib. Yerində rentgen etmək mümkün olmadığı üçün 74 yaşlı aparıcı hava limanına əlil arabasında gətirilib.

Növbəti “Pole Çudes” teleşousunun çəkilişləri 10 gündən sonra başlamalıdır və heyət ümid edir ki, o zamanadək Yakuboviç iş qabiliyyətini bərpa edəcək.

Xatırladaq ki, Leonid Yakuboviç 1991-ci ildən “Pole Çudes” verilişini aparır, eyni zamanda ssenari yazarı, prodüser, aktyor kimi də fəaliyyət göstərir.

# 3458 dəfə oxunub

Müəllifin son yazıları

# # #