Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib
30 iyul 2018
# 20:36

Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.

APA-nın məlumatına görə, X. Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

X. Mirzəzadə öz evində vəfat edib.

Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah saat 12-dən 14-dək Bakı Musiqi Akademiyasında keçiriləcək. O, II Fəxri Xiyabanda dəfn olunacaq.

# 958 dəfə oxunub

Müəllifin son yazıları

# # #