“Azərkitab” məktəb ləvazimatı payladı

“Azərkitab” məktəb ləvazimatı payladı
6 noyabr 2017
# 17:40

“Azərkitab” kitab təbliğat mərkəzi yeni layihə həyata keçirib. Kulis.azın məlumatına görə mərkəz şəhid ailələri, Qarabağ əlilləri, veteranların övladlarına kitablar, məktəb ləvazimatları paylamaqla onlara dəstək olub.

Layihə ilə əlaqədar keçirilən mərasimdə ictimai xadimlər, sənətşünaslar, eləcədə şəhid ailələrinin, Qarabağ əlillərinin, veteranların ailə üzvləri iştirak ediblər.

30 ailəyə 50-dən çox məktəb ləvazimatı paylanılıb. “Azərkitab” kitab təbliğat mərkəzi, sözügedən ailələrin övladlarına bu köməyi göstərməklə uşaqların təhsilə, kitaba marağının daha artmasına nail olmağı hədəfləyib.

Qeyd olunub ki, Qarabağ uğrunda əlil olan şəxslər, veteranlar eləcədə şəhidlərimiz heç zaman unudulmur. Onların ailə üzvləri, övladları isə xüsusilə diqqət mərkəzindədir. Bu cür elə tədbirlər mütəmadi olaraq təşkil olunacaq.

# 991 dəfə oxunub

Müəllifin son yazıları

# # #