Rafiq Hüseynovun dəfni sabaha saxlanıldı

Rafiq Hüseynovun dəfni sabaha saxlanıldı
2 noyabr 2017
# 13:20

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun bu günə planlaşdırılan vida və dəfn mərasimi sabaha təxirə salınıb.

Diktorun həyat yoldaşı Səbinə Hüseynovanın Kulis.az-a verdiyi xəbərə görə, cənazə bu gün saat 17:00-da Bakıya çatdırılacaq və sabah II Fəxri xiyabanda dəfn olunacaq.

Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #