Zahid Sarıtorpağın imza günü keçiriləcək

Zahid Sarıtorpağın imza günü keçiriləcək
23 may 2017
# 11:46

Mayın 27-i saat 15-də “Kitabevim.az” mağazasında şair-yazıçı Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” kitabının imza günü keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, kitabda müəllifin üç romanı yer alıb: “Dərdin sarı çəpkəni”, “Kül”, “Qarğa marşrutu”.

Kitabla bağlı fikirlərini bölüşən müəllif bunları söyləyib: “İnsanın ruh aləminin heç də həmişə real həyatla deyil, həm də metafizik aləmlə bağlı olduğu qənaətindəyəm... Bu yazılar da onu ehtiva edir.”

# 932 dəfə oxunub

Müəllifin son yazıları

# # #