Tətilə çıxa bilməyənlərin on xüsusiyyəti

Tətilə çıxa bilməyənlərin on xüsusiyyəti
7 iyul 2018
# 12:45

Kulis.Az “Tətilə çıxa bilməyənlərin on xüsusiyyəti”ni təqdim edir.

1. Yay fəslini sevmədiklərini tez-tez vurğulayarlar. Car çəkib deyərlər ki, dəniz qırağında günəş vannası qəbul etməkdənsə qışda sobanın qırağında kitab oxumaq daha maraqlıdır.

2. Tətilə çıxan dostlarını avara hesab edərlər. Onlar elə hesab edərlər ki, bu tətil vaxtını boşa xərcləməkdir; həm pulundan, həm də vaxtından olursan.

3. Guya tətildən daha vacib işlə məşğul olduqlarını iddia edərlər, ancaq dresskotu çimərlik paltarına məmnuniyyətlə dəyişərdilər. Və tətilə gedən qonşuları üçün darıxarlar.

4. Facebook və İnstaqramda tətil şəkilləri paylaşan dostlarına lağlağı şərhlər yazarlar, beləcə tətilə gedə bilməməyin acığını dostlarından çıxarlar.

5. Bu yay əldən çıxdığı üçün ümidlərini gələn yaya bağlayarlar və buna görə də cari ilin tez bitməsini istəyərlər.

6. Tez-tez tətil yuxuları görərlər; mavi dənizdə çimirlər, yaşıl meşədə, ağacların kölgəsində gəzirlər, kabab çəkirlər, samovar çayı içirlər.

7. İsti və bürküdə bayıra çıxmağın düzgün olmadığını bəhanə edərlər. Və dostlarında səhv axtararlar: “Bu istidə heç maşına minərlər?”, “Bu istidə o boyda yol gedəcəksiniz?” Sonra da Aqşinvari şərh verərlər: “Hələ bunun tərləməyi, susuzlamağı var...”

8. Həyatın mənasını dünyanı gəzməkdə yox, filmə baxmaqda, kitab oxumaqda görərlər, anaq tənbəllikdən heç birini eləməzlər və bütün günü darıxmaqla keçirərlər.

9. Hava buludlu, küləkli, yağışlı olanda sevinərlər ki, dostların tətili bada getdi, necə deyərlər, maya batdı.

10. Tez-tez internetdə tətil şəkilləri tapar, gizlin-gizlin o fotolara baxıb köks ötürərlər.

# 1188 dəfə oxunub

Müəllifin son yazıları

# # #