Elnur Hüseynov Niyaziyə oxşadıldı

Elnur Hüseynov Niyaziyə oxşadıldı
10 fevral 2015
# 12:31

Kulis.az “O səs Türkiyə” proqramında böyük performans göstərən həmyerlimiz Elnur Hüseynov haqda Odatv.com saytında gedən maraqlı bir yazını təqdim edir.

İllərdir belə bir səs eşitmədim. Bu qədər gözəl performans izləmədim. Bir sözlə desək, “O səs Türkiyə” yarışmasında azərbaycanlı Elnur Hüseynov hamını yıxdı keçdi.

Proqramdan sonra saatlarla, maraqla internetdə gəzişdim.

Çox bilən əllamələr dərhal mövqelərini ortaya qoyublar: “Elnuru Azərbaycan vətəndaşı Rza Zərrab gətirdi. O da Ebru Gündeşi seçdi. Məqsəd...”

İnsaf! Nə deyəsən?!

Bu qədər axmaqlıq, əbləhlik olar?

Baxın, heç bir şeydən anlamayan çox bilən cahillər.

Nə Zərrabı tanıyıram, nə də Gündəşi...

Ehtimal edək ki, bu söhbətlər doğrudur. Nə dəyişir ki? Onlar gətirmiş olsalar nə fərqi? Əhməd-Məmməd-Əli-Vəli vasitəsilə gəlmiş olsa nə dəyişər?

Bu bir musiqi yarışmasıdır, önəmli olan, Elnur adlı gəncin tanınması, kəşf olunmasıdır.

Sənət, sənət üçündür.

Mənim nəsildaşlarım bu söz-söhbətlərin içində boğuldu. Özlərini solçu hesab edən bir qrup “Sənət xalq üçündür” şüarını əldə bayraq edərək, sənəti və sənətkarları ideologiyanın köləsi etməyə cəhd göstərdilər.

Borodin, Musorqski, Çaykovski və Rahmaninovların səsi eşidilməz oldu. Qoqol, Turgenev, Dostoyevski, Tolstoy, Çexov ve Qorkilərin qələmləri susdu.

Önəmli olan budur: sənətin özü və sənətçinin məhsulu. Sənətin və sənətçinin başqa heç bir məqsədi ola bilməz.

Sənət, nə şəxsi, nə ümumi maraqları nəzərə alır. Onun tək hədəfi ola bilər. Düşüncəsinə uyğun mükəmməl olanı yaratmağa çalışır. Hər hansı başqa məqsədə xidmət etmək, o, yaxud bu, hansı olur olsun, ideologiya sənətə tamamilə yaddır.

Ədəbiyyat, sənət tarixinə bir göz gəzdirin. Neçə inqilabçı sənətkar xəyallarının yerinə avtoritar və azadlıqlarını məhdudlaşdıran rejimlərin içində düşüncə, yaradıcılıqlarını itirmişlər.

Bu, tamam başqa bir mövzudur, amma Nazim Hikmət bu adların sırasında ən başda gələnlərdəndir.

…Sonra Azərbaycan televiziyalarına baxdım bir xeyli. Bir qrup kompleks qusanlar vardı onların da arasında... “Yox, bu uşaq, 2008-ci ildən bu yana tibb sahəsinə getməyi sınaqdan keçirib, sonra bərbərlik edib, ortadan yox olub, depressiyaya düşüb. Türkiyədə nə işi var” falan-filan...

Nə qədər çox bənzəyirik bir-birimizə, qardaş ölkələr olduğumuza doğrudan da inandım.

Əziz dostlar! Ən yaxşısı budur ki, siz qulaqlarınızı belə səfehliklərdən uzaq tutun və Elnura qulaq asın. Belə bir səsi dinləmək nadir hallarda qismət olur.

***

Azərbaycana ilk dəfə 1972-ci ildə gəlmişəm. Bakıda dörd min nəfərlik idman salonunda 8 konsert verdik. Foto çəkdirəndə rəhmətlik Niyaziyə gənc yaşın məsuliyyətsizliyi ilə belə dediyimi xatırlayıram: “Niyazi bəy, mərkəzə keçin”.

Belə cavab vermişdi Böyük Usta: “Mən hardayamsa mərkəz oradır”.

Elnur qardaşım… Heç kimi vecinə alma....

Sən bu yarışmanın mərkəzindəsən.

Halit Kakınç

Odatv.com

# 1587 dəfə oxunub

Müəllifin son yazıları

# # #