Vilnüsdə Azərbaycan musiqisi dinlənib

Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19 oktyabr 2019
# 10:22

Oktyabrın 18-də Litvanın paytaxtındakı Vilnüs Ratuşasında “Şərq nağılları” adlı klassik musiqi konserti keçirilib.

18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsertdə Litva Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Aşıq Veysəl, Çağatay Akel, həmçinin fransız musiqiçiləri Moris Ravel və Marsel Qranjani kimi bəstəkar və xalq aşıqlarının əsərləri dinlənib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun idarə etdiyi konsertin solisti Çağatay Akel (arfada ifa edib) olub.

Konsert həmçinin Yalçın Adıgözəlovun 60, yaradıcılığının isə 30-cu ildönümü çərçivəsində həyata keçirilib. /azertag.az/

# 2522 dəfə oxunub

Müəllifin son yazıları

# # #